XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2016 - 07:57

Amerikalı jurnalist:"Tramp Avropanın kiçik ümididir"

turp

Avropa siyasətçiləri əksəriyyəti gizli şəkildə Donald Trampı dəstəkləyir.

Bu sözlər amerikalı jurnalist Metyu Karniçniqin “Politiko” qəzetində dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, avropalılar Trampa kiçik ümid kimi baxırlar:

“Onlar bunu etiraf etmirlər, amma Tramp onlar üçün ümiddir. Bunun sayəsində onlar Amerikanın təsirindən qurtulmağı planlaşdırırlar. Bu şans isə həmişə ələ düşmür. Avropalı siyasətçilərin Trampa azarkeşlik etmələrinin 5 səbəbi var.

Birinci səbəb ondan ibarətdir ki, avropalılar Transatlantik ticarət və investisiya razılaşmasını istəmirlər. Buna görə də həmin razılaşma hələ də imzalanmayıb. Müqavilənin əleyhdarları onu Troya atı adlandırırlar. Bunun sayəsində Amerika kompaniyalarının Avropaya təsiri gücləndiriləcək. Tramp isə hesab edir ki, bu cür müqavilələr amerikalı işçilərə zərər vurur.

İkinci səbəb Trampın NATO-ya qarşı olmasıdır. Əksər avropalı siyasətçilər Avropa Birliyi ordusu tərəfdarıdırlar. Amerikalı milyarder Avropanın müdafiə məsələlərində ABŞ-a güvənməsindən narazı olduğunu heç vaxt gizlətməyib. Əgər Tramp qalib gəlsə, AB ordusu tərəfdarları öz ideyalarını daha ön plana çıxaracaqlar.

Üçüncü səbəb genişmiqyaslı dinləmə proqramlarıdır. ABŞ bunu hər kəsə tətbiq edir. Snoudenin etirafları göstərdi ki, ABŞ Milli Təhlükəsizlik Agentliyindən heç kim, hətta Angela Merkel də gizlənə bilməz. Artıq avropalıların əksəriyyəti əmindirlər ki, Vaşinqton onların danışıqlarını dinləyir. Trampın qələbəsi AB ilə ABŞ arasında kəşfiyyat sahəsində olan əməkdaşlığa son qoyacaq.

Dördüncü səbəb isə ABŞ banklarının AB-yə təsiridir. Bir müddət öncə Avropa Komissiyasının sədri Jan Klod Yunker belə sərt şəkildə öz sələfi Joze Manuel Barrozunu 2008-ci il iqtisadi böhranına səbəb olan ABŞ banklarından biri “Qoldman Saç”da işləməyə başlamasını tənqid edib. Trampın qələbəsi Amerika banklarının AB-yə təsirini azaldılması üçün əla bəhanə olacaq.

Beşinci səbəb isə Amerikanın avropalılara gülməsidir. Onların fikrincə, Trampın qələbəsi ABŞ-ın Avropadan az probleminin olmadığının sübuta yetirəcək”.  (Axar.az)