XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2016 - 08:32

ABŞ:"İstənilən halda hücuma görə məsuliyyəti Rusiya daşıyır"

suriya

Suriyada BMT-nin humanitar yardım karvanına aviazərbənin endirilməsini təsdiqləyən faktlar əldə edib.

Bunu jurnalistlərə Ağ Evin yüksək vəzifəli nümayəndəsi bildirib.

“Bizdə hadisə şahidlərinin və digərlərin ifadələri, həmçinin kəşfiyyat məlumatları da var. Lakin bu məlumatları jurnalistlərə açıqlamayacağıq”, – deyə mənbə bildirib.  

Onun sözlərinə görə, əldə edilən məlumatlara əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, aviazərbəni ya Rusiya, ya da Suriya təyyarəsi endirib: "İstənilən halda Vaşinqton hücuma görə məsuliyyəti Rusiyanın üzərinə qoyur, çünki o atəşkəsin təmin olunmasına zəmanət verən tərəflərdən biridir".  (APA)