XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2016 - 12:52

Putinin partiyası 343 mandat qazanıb –Dumaya keçirilən seçkinin yekun nəticələri açıqlandı

duma-1

Rusiya Mərkəzi Seçki Komissiyası Dövlət Dumasına keçirilən seçkilərin yekun nəticələrini elan edib.

MSK katibinin müavini Nikolay Bulayev Vahid Rusiya Partiyasının 343 deputat mandatı qazandığını söyləyib.

İkinci yerdə 42 mandatla Kommunist Partiyası, üçüncü sırada 39 mandatla Liberal Demokrat Partiyası, dördüncü pillədə isə 23 mandatla “Ədalətli Rusiya” Partiyası gəlir.

N. Bulayevin sözlərinə görə, Dövlət Dumasında "Vətəndaş Platforması" və “Rodina” partiyalarından bir nəfər deputat da olacaq. O, 18 sentyabrda keçirilən seçkilərdə Rusiya üzrə seçici fəallığının 47,88 faiz təşkil etdiyini açıqlayıb. 

APA