XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

23 Sentyabr 2016 - 22:49

“ABŞ-ın rəhbərlik etdiyi koalisiya buna qadir deyil” –Lavrovdan açıqlama

Lavrov

"ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada tərəfləri toqquşmadan ayırmağa qadir deyil".

Bunu BMT Baş Assambleyasında çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Təəssüf ki, tərəflərin geri çəkilməsinin təmin etməyə hazır olduqlarını bildirən koalisiya öhdəsinə götürdüyü vəzifələri həyata keçirməyə qadir deyil. Bu olmadan atəşkəs rejiminin mənası itir”, – deyə, Lavrov bildirib.

Onun sözlərinə görə, Suriya hökuməti atəşkəs üzrə öhdəliklərini yerinə yetirib: “Müxalifət isə barmağın da tərpətməyib”. 

APA