İsrailin baş naziri Binyamin Netanyahu bazar günü Nyu-Yorkda ABŞ-da prezidentliyinə namizədlər – Donald Trampla və Hillari Klintonla görüşəcək.
Bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, görüşlə bağlı təşəbbüs İsrail hökumətinin rəhbəri tərəfindən irəli sürülüb. BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka gəlmiş Binyamin Netanyahu prezidentliyə namizədlərlə görüşmək istədiyini bildirib.
Hillari Klintonun seçki qərargahından bildirilib ki, prezidentliyə namizəd İsrail hökumətinin rəhbəri ilə bazar günü görüşəcək. Həmçinin Trampın da köməkçiləri prezidentliyə namizədin Binyamin Netanyahu ilə görüşəcəyini təsdiqləyib. (Report)