Beynəlxalq reytinq agentliyi “Moody’s” Türkiyənin kredit reytinqini “Baa3” səviyyəsindən “Ba1” səviyyəsinə dəyişib.
Azərtac xəbər verir ki, bu barədə “Moody’s”dən edilən şərhdə deyilir. Şərhdə buna səbəb kimi Türkiyənin xarici maliyyə öhdəliklərinə istiqamətlənən risklərin artması və iqtisadi böyümənin zəifləməsi səbəb göstərilib.