XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2016 - 11:23

Nigeriya ölkədəki neft şirkətlərinioğurluqda günahlandırır

Nigeriya hökuməti ölkədəki neft şirkətlərinin 12,7 milyard dollar dəyərindəki xam nefti qeyri-qanuni yollarla başqa ölkələrə çıxardığını iddia edir.

Azərtac “reuters.com”a istinadla xəbər verir ki, Nigeriyada fəaliyyət göstərən “Chevron”, “Shell”, “Agip”, “Petrobas”, “Total” və “Brasoil” kimi neft şirkətləri 2011-2014-cü illər arasında 12,7 milyard dollar dəyərində xam nefti xaricə ötürdükləri üçün mühakimə olunacaq. Nigeriya rəhbərliyi həmin neft şirkətlərinin 57 milyon barrel neftin satışını rəsmi qurumlara bəyan etmədiyini iddia edir.

Gələn həftə Federal Ali Məhkəmə bu iddialara baxacaq.