XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2016 - 11:15

Rumıniyada 5,3 bal gücündəzəlzələ olub

Ötən gecə yerli vaxtla saat 2:11-də Rumıniyada maqnitudası 5,3 bal olan güclü zəlzələ baş verib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Vrança qəzasında yerin 88,4 kilometr dərinliyində yerləşib. Zəlzələ ölkənin bütün ərazisində, o cümlədən paytaxt Buxarestdə hiss olunub. Dağıntılar və tələfat barədə məlumat verilmir.

İlin əvvəlindən bəri Rumıniyada gücü 4 baldan yuxarı dörd zəlzələ qeydə alınıb. Onların hamısının episentri Vrança qəzasında yerləşib.

Zəlzələni Ukraynanın cənubunda – Odessada, İrpendə, Vinnitsada, Dneprdə, Mariupolda, hətta Kiyevdə də hiss ediblər.