Cənubi Koreyanın müdafiə naziri bəyan edib ki, Pxenyan tərəfindən nüvə zərbəsi endirilmək təhlükəsi yaransa onun ölkəsi Şimali Koreya lideri Kim Çon Inı öldürmək üçün xüsusi dəstə göndərəcək. Bundan başqa Şimali Koreyanın paytaxtı da kütləvi bombardmana məruz qoyulacaq.
Cənubi Koreyanın müdafiə naziri Ha Min Qu ABŞ-ın CNN kanalına verdiyi müsahibədə rəhbərlik etdiyi idarənin Şimali Koreya lideri Kim Çon Inı məhv etmək üçün planı olduğunu söyləyib.
Nazirin sözlərinə görə bu missiyanın həyata keçirilməsi məqsədilə xüsusi təyinatlı dəstə də yaradılıb. Həmin dəstəyə lazım gələrsə Şimali Koreyanın bütün rəhbərliyinin məhv edilməsi tapşırılıb.
“Cənubi Koreyanın düşmənin əsas sahələrinə preventiv xarakterli raket zərbələri endirməyə, habelə ölkənin rəhbərliyini yox etməyə ümumi ideya və planı hazırdır” – deyə nazir bəyan edib.
Onun sözlərinə görə bu məsələ ola biləcək ən pis ssenarinin baş verməsi durumunda gerçəkləşdiriləcəkdir.
Şimali Koreya rəhbərliyinin bütövlükdə məhv edilməsi üzrə konsepsiya Pxenyanın növbəti dəfə nüvə başlıqlı raketləri uğurla sınaqdan keçirməsindən sonra işə düşüb.
Şimali Koreya hərbçilərinin dediyinə görə onlar düşməni məhv etməyə qadir kompakt raketləri hazırlamağa nail ola biliblər.
Cənubi Koreya rəhbərliyi isə dövlətin varlığına təhlükə yaranması halında Şimali Koreyanın rəhbər şəxslərinin gizlənə biləcəyi bütün rayonları bombardman edəcəyindən çəkinməyəcəyini bəyan edib. (Müsavat)