XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2016 - 15:52

Rusiya Mərkəzi Bankı neftin qiymətinin ucuzlaşması ilə bağlıstress-test aparıb

Rusiya Mərkəzi Bankının apardığı stress-testin nəticələrinə əsasən, neftin hər barelinin qiyməti 25 dollar səviyyəsində qalarsa, bu il ölkənin 12 iri bankı ümumilikdə 3 trilyon rubldan çox itki verəcək.

Azərtac “gazeta.ru”ya istinadla xəbər verir ki, neftin bu qiymətə satılması ilə bankların 3,4 trilyon rubl itirməsinə, ümumi daxili məhsulun 5,7 faiz azalmasına, dolların məzənnəsinin 88 rubl olmasına gətirib çıxaracaq.

Əgər neft 19 dollaradək ucuzlaşarsa, stress-testin nəticələrinə görə, ümumi daxili məhsul 7,8 faiz azalacaq, dollar isə 100 rubl olacaq, Rusiya banklarının itirəcəyi məbləğ isə 3,75 trilyon rubla çatacaq.

Bu məbləğə kredit və birja risklərindən itkilər, faiz dərəcələri riskinin dəyişməsi və likvidlik itkiləri, həmçinin kapital kəsiri və bir sıra digər amillər də daxil edilib.