XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

24 Sentyabr 2016 - 17:21

Yaponiyada robot-bələdçiyaradıldı

Yaponiyanın “Hitachi” şirkətinin mühəndisləri “Emiew 3” robotunun yeni prototipini tərtib ediblər.
 
İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə,  o, xüsusi olaraq ənənəvi sorğu bürosunu əvəz etmək üçün yaradılıb. 

Yenilik artıq Tokionun “Xaneda” hava limanında sınaqdan keçirilib. Bu seçim onunla izah olunur ki, bu hava limanı əlavə məlumata ehtiyacı olan çoxlu sayda xarici turist qəbul edir. Sınaqlar göstərib ki, cihaz öz vəzifəsinin öhdəsindən uğurla gəlib. 

Turistlər xidmətin keyfiyyətindən çox razı qalıblar. Məlumatlandırmanın etibarlılığını artırmaq üçün robotu geniş monitorla təchiz ediblər. Üstəlik, izahat zamanı hər şey bu monitorda nümayiş olunur.

“Emiew 3” robotunun hündürlüyü 0,9 metr, çəkisi isə 15 kiloqramdır. Robot ingilis, yapon və çin dillərində danışır. Sınaqlar bu il başa çatacaq. Onlar uğurla yekunlaşarsa, 2017-ci ilin yanvarından cihazın kütləvi istehsalına başlanılacaq.