XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

24 Sentyabr 2016 - 17:33

Vatikan hadisələrin möcüzə kimi tanınmasıqaydalarını sərtləşdirib

Katolik kilsəsi prosesin şəffaf olması üçün hadisələrin möcüzə kimi tanınması qaydalarını dəyişdirib.

Vatikanın mətbuat xidmətinin məlumatına görə, yeniliklər yalnız Rahiblərin Müqəddəslərin Kanonlaşdırılması üzrə Tibbi Şurasının işinə aiddir. Bundan sonra bir insanın müqəddəs kimi tanınması barədə müsbət qərarın verilməsi üçün şura üzvlərinin üçdə iki hissəsindən çoxunun səsi tələb olunacaq. Həmçinin şuranın müsbət qərarı ilə yanaşı, Roma Papasının razılığı da lazım gələcək.

Bundan başqa, qurum işinə görə nağd pul ala bilməyəcək və tələb olunan vəsait yalnız bank hesabı vasitəsi ilə ödəniləcək, müqəddəsləşdirmə ilə bağlı qərar qəbul edən ekspertlərin adlarının açıqlanması qadağan ediləcək.

Əgər şura müqəddəsliyə namizədə aid bu və ya digər hadisəni tanımaqdan üç dəfə imtina etsə, bu halda məsələ birdəfəlik bağlanacaq.

Yeni qaydaların tətbiqinin zəruriliyi müqəddəsləşdirmə prosesinin inanclı şəxslərin müqəddəsliyə namizədlərin lehinə verdikləri ianələrlə bağlı olması səbəbindən meydana çıxıb. Bununla əlaqədar Roma Papası prosesin daha şəffaf edilməsini, tarixi və elmi həqiqətin təhrif olunmamasını arzulayıb(azərtac).