XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2016 - 17:43

Moldova baş naziri BMT-yə çağırış etdi- Dondurulan münaqişələrin həllinə dəstəklə bağlı

Moldova Baş naziri Pavel Filip BMT və digər beynəlxalq təşkilatları dondurulan münaqişələrin həllinə kömək göstərməkdə daha fəal olmağa çağırıb.

BMT Baş Assambleyasının 71-ci sessiyasının ümumi müzakirələrində çıxış edərkən baş nazir, həmçinin Baş Assambleyanın gündəliyinə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın daxil olduğu GUAM məkanında dondurulan münaqişələrlə bağlı bəndin daxil edilməsini təqdir edib.

P.Filip vurğulayıb: “Bəzisi, məsələn, Moldovadakı kimi 25 il davam edən dondurulan münaqişələr, GUAM dövlətlərindəki siyasi vəziyyətə və milyonlarla insanın həyatına mənfi təsir göstərməkdə davam edir”. Moldova Baş nazirinin sözlərinə görə, ölkə rəhbərliyi bölgəyə xüsusi hüquqi statusun verilməsi ilə Dnestryanı münaqişəyə dair sülh sazişi imzalamağa hazırdır. Lakin bu, Moldova Respublikasının ərazi bütövlüyü prinsipi çərçivəsində olmalıdır(azərtac).