XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

24 Sentyabr 2016 - 19:17

Rusiyada bir gündə 10 mindən çox“iPhone 7” satıldı

Rəsmi satışların başladığı ilk gündə Rusiyada 10 mindən artıq “iPhone 7” və “iPhone 7 Plus” smartfonu satılıb. 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Mail.Ru Group”un məlumatında deyilir.  

Ön sifarişlərin sayı 20 min ədəd təşkil edib. Bunlardan yarısından bir az çoxu riteyllər, qalanları isə operatorlar tərəfindən verilib. Ancaq sifarişlərin sayı gətirilən cihazların ilk partiyası ilə üst-üstə düşməyib.

“Sifarişçilərin əksəriyyəti smartfonları əldə edə bilməyib və gələn həftə növbəti partiyanın gəlməsini gözləməli olacaqlar”, – deyə “Hi-Tech Mail.Ru” layihəsinin strateji kommunikasiyalar üzrə rəhbəri Anton Spiridonov bildirib. Layihənin məlumatına görə, “iPhone 7”nin sentyabrın 16-da başlayan ümumdünya satışları zamanı Rusiyaya 100 ədəd qeyri-rəsmi telefon gətirilib. İstirahət günləri bu rəqəm min ədədi keçib.

Xatırladaq ki, “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarının Rusiyada rəsmi satışlarına sentyabrın 23-də başlanıb.