XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2016 - 21:05

Baş nazir texniki nasazlığa görətəyyarəsini dəyişməli oldu

Yaponiyanın Baş naziri Şinzo Abe Havanadan Tokioya qayıdarkən texniki nasazlığa görə təyyarəsini dəyişməli olub. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, nasazlıq San-Fransiskoda, yapon hökuməti başçısının təyyarəsi yanacaq götürmək üçün enərkən aşkar edilib. Təyyarədə məhz hansı nasazlığın aşkar olunması barədə məlumat verilmir.

Baş nazir və onu müşayiət edən bütün heyət xarici səfərlər zamanı həmişə hökumət başçısının təyyarəsi ilə birlikdə hərəkət edən ehtiyat təyyarəyə keçməli olub.

Xatırladaq ki, Ş.Abe sentyabrın 18-dən BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorkda idi. Bundan sonra o, Kubaya ilk dəfə rəsmi səfər edərək bu ölkənin vəzifəli şəxsləri ilə görüşmüşdü.

Baş nazirin ehtiyat təyyarəsi artıq Tokioya çatıb(azərtac).