XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 September 2016 - 01:01

Kerri:"Rusiya Hələbdə dünyaya nümunə olmalıdır"

kerri

"Rusiya Suriyanın Hələb şəhərində vəziyyəti düzəltmək üçün bütün dünyaya nümunə olmalıdır".

Bu sözləri ABŞ Dövlət katibi Con Kerri bildirib. Kerri AB rəsmiləri ilə görüşdə Hələb sakinlərinin arzularından danışıb:

"Hələb sakinləri göydən mərmilərin yağmasını istəmir. Rusiya burada nümunə olmalıdır. Hələbin bombardman edilməsi qəbuledilməzdir. İnsanlar bu müharibənin sülhlə nəticələnməsini istəyirlər. Günahsız qadınlar və uşaqların bombardman edilməsi, eləcə də mühasirə aradan qaldırılmalıdır", – Kerri qeyd edib. (Axar.az)