XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

25 Sentyabr 2016 - 11:03

ABŞ-da 5 nəfəri güllələyən şəxs türk imiş- FOTO

ABŞ-ın hüquq-mühafizə orqanları Berlinqton şəhərindəki (Vaşinqton ştatı) ticarət mərkəzində beş nəfəri öldürməkdə şübhəli bilinən şəxsi həbs edib. Bu barədə məlumat ştat polisinin Twitter səhifəsində dərc olunub.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Fox News telekanalının məlumatına görə, tutulan şəxsin Türkiyə əsilli 20 yaşlı Arkan Çetin olduğu bildirilir.

Xatırladaq ki, naməlum şəxs ticarət mərkəzinə girərək ətrafa atəş açmağa başlamış, sonra isə hadisə yerindən qaçaraq gizlənmişdi.