XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

25 Sentyabr 2016 - 12:40

İllinoys universitetində insident:9 nəfər xəsarət alıb

ABŞ-ın İllinoys universitetinin yaxınlığında insident baş verib. Hadisə şahidləri naməlum şəxsin açdığı atəş nəticəsində 9 nəfərin xəsarət aldığını bildirirlər. Universitet administrasiyası tələbələrə təhlükə barədə xəbərdarlıq edib.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə yerinə polis və təcili yardım avtomobilləri gəlib. Atəş açan şəxsin universitet kampusunu tərk etdiyi bildirilsə də, tələbələrə əraziyə yaxınlaşmamaq tövsiyə olunur. “Qrin-stritdən və ikinci küçədən uzaq durun”, – deyə universitet saytında xəbərdarlıq edilir.

Xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.