Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp bazar ertəsi rəqibi Hillari Klintonla baş tutacaq debata Bill Klintonun keçmiş sevgilisi Cennifer Flowersi də dəvət edəcəyini bildirib.
BBC xəbər verir ki, Tramp bunu ötən həftə milyarder Mark Kubanın apardığı proqramda tənqid olunduqdan sonra açıqlayıb. Kuban bildirib ki, onu proqrama xanım Klintonun seçki kampaniyası dəvət edib.
Cennifer Flowers "Twitter"də jurnalistlərin suallarına cavab olaraq bildirib ki, proqramda iştirak edə bilər.
"Hillari Klinton debatlardan insanların həyatlarına təsir edən problemlərin müzakirəsi üçün istifadə etməyə çalışır. Heç təəccüblü deyil ki, Donald Tramp tam fərqli yol seçib", – deyə Klintonun seçki kampaniyasının direktoru Cennifer Palmiery bildirib.