Böyük Britaniyanın xarici işlər katibi Boris Cohnson bildirib ki, əgər Rusiyanın Suriyada yardım konvoyuna hücumda əli varsa, bu, hərbi cinayət kimi qəbul edilə bilər.
O, BBC-nin Andrew Marr Show proqramına deyib ki, Rusiya qüvvələrinin mülki insanları hədəfləyib-hədəfləmədiyi barədə müzakirələrin aparılması doğrudur.
Rusiya isə bu ittihamları rədd edərək hadisəyə görə qiyamçıları və ya ABŞ-ın pilotsuz cihazını günahlandırıb.