XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

25 Sentyabr 2016 - 21:07

“Boko Haram” lideri ölmədiyini elan etdi:"Ah tiranlar, mən sağ-salamatam"

Ötən ay Nigeriyada hücumlar nəticəsində öldüyü deyilən "Boko Haram" lideri Abubakar Şekau bu iddiaları rədd edən video paylaşıb.

BBC xəbər verir ki, videoda ərəb, hausa və kanuri dillərində danışan Abubakar Şekau sağlam görünür.

Videonun nə vaxt çəkildiyi məlum deyil. Sentyabrın əvvəlində "Boko Haram"ın əqd bağladığı İŞİD bəyan etmişdi ki, Şekau Abu Musab Albarnavi ilə əvəz edilib. Lakin videoda Şekau hələ də lider olduğunu iddia edib.

"Ah tiranlar, mən xoşbəxt ölkədəyəm və sağ-salamatam", deyə 40 dəqiqəlik videoda Şekau öldürüldüyü ilə bağlı xəbəri inkar edir.

Avqust ayında Nigeriya ordusu onun çiynindən ciddi yara aldığını, bəzi komandirlər isə öldürüldüyünü bildirmişdi.