XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 September 2016 - 13:16

Çavuşoğludan ABŞ-a etiraz:"Suriya kürdlərinin silahlandırılması son dərəcə təhlükəli oyundur”

cavusoqlu

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonun Suriya kürdlərini silahlandırmaq qərarına gəlməsini “təhlükəli və qəbul edilməz addım” adlandırıb.

"Əl-Aləm" telekanalının verdiyi məlumata görə, Mövlud Çavuşoğlu Amerikanın Türkiyə əleyhinə terror hücumları həyata keçirmiş bir terror şəbəkəsi ilə əməkdaşlıq etdiyini deyərək, bundan təəssüfləndiyini bildirib. 

Çavuşoğlu Suriya kürdlərinin silahlandırılmasını “son dərəcə təhlükəli oyun” adlandırıb: Bu qüvvələrə verilən silahlar İŞİD və digər terrorçu qruplaşmaların ixtiyarına verilmiş olacaq. 

Strateq.az