İranın ali dini lideri Əli Xameneyi keçmiş prezident Mahmud Əhmədinejadın gələn il keçiriləcək prezident seçkisində mübarizə aparmayacağını deyib.
İRNA agentliyinin məlumatına görə, Xameneyi sentyabrın 26-da bu məsələnin onun və xalqın marağında olmadığını bildirib. Qeyd edək ki, birinci dəfə 2005-ci ildə prezident seçilən Əhmədinejad 2009-cu ildəki qalmaqallı seçkilərdə təkrar prezident postunu qazandı. Bu, ölkədə kütləvi etiraz aksiyalarına səbəb oldu.
Son aylar onun prezidentlik uğrunda yenidən mübarizə aparacağı barədə məlumatlar dolaşırdı.
Həmçinin hazırkı prezident Ruhaninin potensial rəqibi hesab olunan İslam İnqilab Qvardiyasının komandiri Qasim Suleyman prezidentlik uğrunda mübarizə aparmayacağını bəyan edib.