Fransa hökuməti İsveçrənin UBS bankından 45 min fransalı sahibkarın maliyyə qurumundakı göstəriciləri haqda məlumat tələb edib.
Fransanın Vergilər Nazirliyi cari ilin mayında bununla bağlı İsveçrə bankına müraciət göndərib.
Məlumata görə, Fransa hökuməti 2006 və 2008-ci illərdə ölkə ərazisində yaşamış indiki və keçmiş sahibkarların bank hesabları ilə maraqlanır.
İndiyədək həmin iş adamlarından 5 mini haqda məlumat əldə edilib. (Report)