XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2016 - 01:44

Erkan Çətin ABŞ-dakı ticarət mərkəzində 5 nəfəri qətlə yetirdiyini etiraf edib

erkan

ABŞ-da ticarət mərkəzində atəş açaraq 5 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs günahını etiraf edib.

 RİA Novosti agentliyinin  verdiyi xəbərə görə, məhkəmədə Türkiyə əsilli, 20 yaşlı Erkan Çətin “Cascade Mall” ticarət mərkəzində yerləşən “Macy's” dükanında 5 nəfəri öldürdüyünü etiraf edib.

Ötən həftə Vaşinqton ştatının Berlinqton şəhərində baş verən hadisə nəticəsində 4 qadın və 1 bir kişi həyatını itirib. Erkan Çətin insidentdən bir sutka sonra yaxalanıb.

Qeyd edək ki, ABŞ Federal Təhqiqat Bürosu hadisəni terror aktı kimi qiymətləndirib.