XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2016 - 09:57

Türkiyə Almaniyadan iki sabiq prokuroru tələb edir –NOTA

Turkish flag

Türkiyə bir daha Almaniyadan Fətullah Gülənin rəhbərlik etdiyi “Paralel dövlət” (FETÖ) terror cərəyanının iki üzvünü verməyi tələb edib.

Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

Agentlik Ankaradakı diplomatik korpuslara istinadən məlumat verir ki, hökumət Türkiyədə iyulda hərbi çevrilişə cəhddə əli olan Fətullah Gülən hərəkatı ilə sıx əlaqədə olan sabiq prokurorlar Zəkəriyyə Öz və Cəlal Karanı ekstradisiyası üçün Almaniya ikinci notanı göndərib.

Məlumata görə, hər iki şəxsin Almaniyanın Frayburq şəhərində görünməsi barədə informasiyadan sonra Türkiyə Almaniyadan növbəti dəfə onları ektradisiya etməyi tələb edib.