İŞİD "Barcelona", "Real Madrid", "Chelsea", "Manchester United", "Manchester City" və "Milan" formalarının geyilməsini qadağan edib.
Strateq.az xarici mediaya istinadən bildirir ki, bu klubların formalarını geyəni 80 qamçı cəzası veriləcək.
Terror təşkilatı tərəfindən paylanan elanlarda Amerika, İngiltərə, Fransa, Almaniya kimi ölkələrin formalarını da qadağan siyahısına salınıb.
Dünyanın ən böyük idman geyim markaları "Adidas" və "Nike" da IŞİD-in yasağından pay alıb. Bu geyim firmalarının qadağan edilməsi dünyadakı bir çox futbol formasının da qadağan edilməsi mənasını daşıyır.