Prezidentlərin Qars görüşündə kuryoz olay – Ərdoğan əsəbləşdi (Video)
Türkiyə prezident Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə Qarsda “Heydər Əliyev Texniki Məktəbi”nin açılışını edib.
Strateq.az xəbər verir ki, açılış zamanı Ərdoğanı əsəbləşdirən kuryoz olay baş verib.
Mərasimdə əvvəlcə Türkiyənin rəsmi himni, İstiqlal Marşı oxunub. Protokol qaydalarına görə, bundan sonra Azərbaycan Milli Himninin də səslənməsi gözlənilib, lakin himn səsləndirilməyib.
Buna ciddi şəkildə əsəbləşən Ərdoğan əvvəl protokol müdirini, sonra isə bu işə səlahiyyətli olan bəzi şəxsləri yanına çağırıb. Türkiyə mətbuatının yazdığına görə, prezidentin protokol səhvinə görə əsəbiləşdiyi üz cizgilərindən də görünüb.
Daha sonra, protokol müdiri əlində mobil telefonla gələrək, Azərbaycanın himnini Ərdoğana dinlədib. Bundan sonra, Ərdoğan çıxışını yenicə bitirən Azərbaycan prezidenti İlham Əliyevə telefonu uzadıb və Azərbaycan dövlət başçısı himnini dinləyəndən sonra, başı ilə Türkiyə prezidentinə razılıq işarəsi bildirib.
Ərdoğan kürsüyə çıxanda isə “əvvəlcə bir protokol səhvini düzəldək” – deyib və Azərbaycanın Milli Himni səsləndi.
https://www.youtube.com/watch?v=7RGFaYZrYQo