XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2016 - 22:28

Türkiyədə FETÖ-çü kəşfiyyatçılarişdən çıxarıldı

Türkiyə hakimiyyəti Fəthullah Gülənlə əlaqədə şübhəli bilinən 87 kəşfiyyat əməkdaşını vəzifədən azad edib.

BBC xəbər verir ki, 52 əməkdaş barədə cinayət işi açılıb. Kəşfiyyat qurumunda yoxlamalar davam edir.

Sentyabr ayının əvvəlində Türkiyənin Ədliyyə Nazirliyi çevriliş cəhdini təşkil etməkdə ittiham etdiyi Fəthullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ hakimiyyətinə rəsmi müraciət edib .

İyul ayında baş vermiş çevriliş cəhdinin ardınca 60 mindən çox adam həbs olunub. Onların arasında hərbçi, polis, hakim və alimlər var.