XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 August 2015 - 11:44

Lukaşenko: “Minsklə qarşıdurma Rusiya üçün fəlakət ola bilər”

Belorus prezidenti Putinə məğlubiyyət muştuluğu göndərdi

Belorus pezidenti Aleksandr Lukaşenko müstəqil KİV müxbiləri ilə söhbətində bir sıra maraqlı açıqlamalar verib. O deyib ki, Minsklə qarşıdurma Rusiya üçün fəlakət ola bilər. O bildirib: “Belorus Rusiyanın yeganə ləyaqətli müttəfiqi olaraq qalıb”.

Belorus pezidenti həmçinin qeyd edib ki, “rus dünyası” layihəsi aktuallığını itirib və artıq Kremlin gündəliyindən çıxardılıb. “Rus dünyası” Moskvanın təcavüzkar və imperiya layihəsinin ideyalarından biridir. Lakin Lukaşenko son zamanlar “rüs dünyası”ndan qırılmağa yönəlmiş “milliləşdirmə” siyasətini açıq şəkildə yürütməyə başlayıb. Xüsusən də dil, tarix və mədəniyyət sahəsində.

Minsk “rus dünyası”ndansa daha çox slavyanlığa çəkir və bunda suveren dövlət qurmaq üçün imkanlar görür. Rusiya, faktiki olaraq, Ukranaya münasibətdə siyasət üzündən daha slavyan dünyasının tərkib hissəsi sayılmır.

Belorus Ukrayna ilə sıx münasibətlər saxlayır, Minskə və Lukaşenkoya qarşı sanksiyalar tətbiq edən ABŞ, AB ilə münasibətləri qaydaya salmağa çalışır. Maraqlıdır ki, Qərb Moskvaya münasibətdə sanksiyaları sərtləşdirir, lakin budur, əksinə, Minskə münasibətdə onu yumşaldır – bu günlərdə iyirmidən çox Belorus siyasətçisi sanksiyadan azad olunub. Belorusun necə “yeganə müttəfiq” olduğunu Lukaşenkonun Putindən hər dəfə hansı məbləğləri qoparmağından görmək olar. İstisna olunmur ki, son müsahibə də elə həmin məqsədlə verilib, lakin deyilmiş sözü baltalamaq olmaz və yəqin ki, Belorus asta-asta, lakin inamla suverenliyə doğru gedir.

Lukaşenko niyə Moskva tərəfdən mümkün təcavüz haqda zaman-zaman danışır? O, gözünü qabağındakı Ukrayna timsalından başa düşür ki, Rusiya”müttəfiqlər”i ipdə saxlamaq üçün hərbi güc tətbiq etməyə hazırdır. Ruslar başqa xalqları ikinci növ hesab edirlər ki, bu da “müttəfiqlər”i onlardan qaçırdır.

Ukrayna güclü müqavimət göstərdi. Elə Qazaxıstan da. Budur, indi də Belorus. Lukaşenko artıq milli ordunun yaradılmasına girişib. İndiyədək onun belə ordusu olmayıb və ölkə ərazisində rus qoşunları yerləşir. ölkənin müdafiə nazirliyi hazırda ordunu ruslardan “təmizləyir” və etnik belorusları təyin edir.

Ekspertlərin əksəriyyəti deyir ki, sonra da bu cür davam etsə, Belorus Rusiya üçün elə bir problemə çevriləcək ki, Ukrayna muştuluq olacaq. Putinin deyə biləcəyi kimi, Lukaşenko “dövləti sıfırdan” qurur. O bildirir ki, Rusiyanın müttəfiqləri yoxdur. İmperiya layihəsi isə gündəlikdən çıxarılıb. Faktiki olaraq, Lukaşenko Putin siyasətinin məğlubiyyətinin anonsunu verib.

“Lragir” (Ermənistan), 06.08.2015