Mən Çin və Rusiya üçün bütün ticarət və kommersiya yollarını açmağa hazıram.
Bunu jurnalistlərə açıqlamasında Filippin Prezidenti Rodriqo Duterte söyləyib.
O, ABŞ-la münasibətlərin bir daha əvvəlki səviyyəyə qayıtmayacağını bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ-ın Filippində insan haqlarının pozulmasını tənqid etməsinə Duterte sərt cavab verib. O, çıxışında ABŞ Prezidenti Barak Obamanı təhqir edib. Bundan sonra tərəflər arasında münasibətlər daha da kəskinləşib.
Filippin ABŞ-ın əsas hərbi müttəfiqlərindən hesab edilir. Tərəflər arasında keçən əsrin əllinci illərində imzalanan razılaşmaya əsasən, üçüncü ölkənin Filippinə hərbi müdaxiləsi olacağı təqdirdə Vaşinqton rəsmi Manilaya hərbi dəstək verəcək. (APA)