XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2016 - 09:58

Yaponiya BMT-yə nüvə silahının ləğvi barədəqətnamə layihəsi təqdim edəcək

Yaponiya nüvə silahının tamamilə ləğv olunması barədə qətnamə layihəsini BMT-nin tərksilah üzrə komitəsinin müzakirəsinə təqdim edəcək. Yaponiya artıq 23 ildir ki, ardıcıl olaraq belə təşəbbüslə çıxış edir.

NHK kanalının yaydığı məlumata görə, bu barədə bəyanatla Yaponiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Yoşifumi Okumara çıxış edib.

Xatırladaq ki, sentyabrın 26-sı beynəlxalq nüvə silahının tam ləğv edilməsi günü kimi qeyd olunub. Həmin günün qeyd olunması barədə qərar BMT-də 2013-cü ildə keçirilmiş nüvə tərklsilahı ilə bağlı yüksək səviyyəli görüşdə qəbul edilib.

Cari ildə BMT-nin Nyu-Yorkdakı baş qərargahında həmin mövzuya həsr edilən növbəti görüşdə 40-dan çox ölkənin nümayəndəsi iştirak edib.

Y.Okumara bildirib ki, Yaponiya yaxın zamanda BMT Baş Məclisinin tərksilah üzrə komitəsinə nüvə silahının ləğvi barədə qətnamə layihəsini təqdim edəcək. Dünyada nüvə bombardmanından zərər çəkən yeganə ölkə olaraq Yaponiya beynəlxalq ictimaiyyətə nümayiş etdirmək istəyir ki, o, bu istiqamətdə bütün gücünü sərf etməyə hazırdır(azərtac).