Türkiyə Silahlı Qüvvələrində (SQ) Fətullah Gülən hərəkatının tərəfdarlarından növbəti təmizləmələr aparılacaq.
Trend bu barədə "Axşam" qəzetinə istinadən xəbər verir.
Təmizləmələrin növbəti həftə başlayacağı gözlənilir. Qəzetin yazdığına görə, hərbi çevrilişə cəhddən sonra Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyə SQ-dən 4 545 hərbçi kənarlaşdırılıb.