XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2016 - 11:04

Türkmənistanda siqaret bahalaşdı –Bir qutu 17 dollar

maqazin-vitrin

Türkmənistanda sözün əsl mənasında siqaret qıtlığı yaşanır.

Strateq.az Türkmənistan mediasına istinadən xəbər verir ki, hazırda ölkədə tütün məhsullarının satşı yalnız əlaltdan həyata keçirilir.

Məlumatda qeyd olunur ki, yayın ilk ayından başlayan siqaret yoxluğu üç aydan çoxdur davam edir:

"Halbuki Ticarət və Xarici İqtisadi Əlaqələr Nazirliyi ölkədə siqaret idxalına müstəsna hüquq əldə edib. İki həftə əvvəl bir qutu siqaretin qiyməti 55 türkmən manatı idisə, hazırda, məsələn, «Mond» markalı tütün məhsulunun qiyməti 60 türkmən manatıdır.

Bu, təxminən 17 dollara bərabər qiymətdir".

Məlumata görə, Türkmənistanın şimalında siqaretin qiymətindəki artım daha çox müşahidə edilib – 65 türkmən manat. Kənd yerlərində ən ucuz siqaretin qiyməti isə 57-60 manat arasıdır.

M.Rzasoy