Son vaxtlar Yaponiyanın şimal adası Hokkaydoda müşahidə edilən tufanlar nəticəsində həmin əraziyə 278,6 milyard yen (təqribən 2,78 milyard dollar) zərər dəyib. Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Məlumatda qeyd edilir ki, bu, həmin adanın tarixində tufanların yaratdığı fəsadlar nəticəsində əraziyə dəyən ən böyük zərərdir.
Ümumilikdə 2016-cı ildə Hokkaydo adasına çatan beş tufan görünməmiş dağıntılara və böyük ərazilərin su altında qalmasına səbəb olub. Təbii fəlakət nəticəsində 18 nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb. Havanın kəskin pisləşməsi dəmir yolunun və aviasiyanın hərəkətində ciddi problemlər yaradıb(azərtac).