XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2016 - 12:50

Şimon Peres sentyabrın 30-dadəfn olunacaq

İsrailin sabiq Prezidenti Şimon Peresin dəfni sentyabrın 30-na təyin olunub.

Şimon Pereslə rəsmi vida mərasimi isə sentyabrın 29-da baş keçiriləcək.

Bir qədər əvvəl “Tel ha-Şomer” klinikasında keçirilən mətbuat konfransında Şimon Peresin oğlu atasının vəfatı barədə məlumat verib.

Xatırladaq ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 13-də özünü zəif hiss etdiyindən “Tel ha-Şomer” klinikasına yerləşdirilib. Aparılan kompyuter tomoqrafiyasından sonra onun beyninə qan sızdığı məlum olub. Həkimlərin cəhdlərinə baxmayaraq, 94 yaşlı siyasətçi sentyabrın 28-də vəfat edib(azərtac).