"ABŞ hüquq-mühafizə orqanları tərəfindən ekstradisiya olunana qədər Fətullah Gülənin müvəqqəti saxlanılması barədə qərar yaxın günlərdə qəbul ediləcək".
Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
Onun sözlərinə görə, bu günədək Gülən hərəkatının 32 min üzvü həbs edilib.