Los-Anceles hava limanından hərəkət edən (Kaliforniya ştatı) Koreya Respublikasının “Asiana Airlines” aviaşirkətinə məxsus təyyarə baqaj hissəsində baş verən tüstülənmə səbəbindən hava limanına geri qayıdıb.
Azərtac “www.thestar.com” saytına istinadla xəbər verir ki, təyyarənin göyərtəsində 353 nəfər olub və paytaxt Seul istiqamətində hərəkət edib. Təyyarənin baqaj hissəsində tüstünün olmasına dair siqnal daxil olan kimi, heyət üzvləri ehtiyat tədbiri məqsədilə Los-Ancelesə qayıtmaq qərarına gəliblər.
Təyyarə hava limanına eniş etməzdən əvvəl bir neçə saat havada olub. Hazırda tüstülənmənin hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir. Baş verən hadisə nəticəsində xəsarət alan olmayıb.