XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 August 2015 - 20:07

Səudiyyə Ərəbistanında daha bir məscid partladıldı

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanın DİN-i məlumat yayıb.

Məlumata görə, xüsusi təyinatlı qüvvələrin əməkdaşları üçün nəzərdə tutulan məsciddə partlayış ötən gün günorta saatlarında törədilib. Partlayışın üzərinə partlayıcı qurğu bərkidilmiş terrorçu-kamikadze tərəfindən törədildiyi qeyd olunur.

Qeyd edək ki, mayda Səudiyyə Ərəbistanında bir neçə məsciddə törədilən partlayış nəticəsində 20-dən çox adam ölüb. Partlayışlara görə məsuliyyəti öz üzərinə İŞİD terror qruplaşması götürüb.

Strateq.az