XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2016 - 16:14

Bu ölkədə 259 milyon avroluqkörpü tikiləcək

Yaxın zamanda Finlandiyada ölkənin ən uzun körpüsü inşa ediləcək.

Azərtac “novate.ru” saytına istinadla bildirir ki, Finlandiyanın “Knight Architects” arxitektura şirkətinin layihəsi ilə hazırlanan körpü Helsinki şəhərini Kruunuvuori mikrorayonu ilə birləşdirəcək. Uzunluğu 1,2 kilometr olan körpünün missiyası metropoliten xəttinin yükünü azaltmaqdır.

Onun üzərində əsasən qatarlar və tramvaylar hərəkət edəcək. Eyni zamanda, velosiped üçün zolaq da ayrılacaq.

Layihənin dəyəri 259 milyon avrodur. Körpünün inşasına 2018-ci ildə başlanılacaq. Tikintinin 2025-ci ildə yekunlaşdırılması nəzərdə tutulub.