ABŞ-a məxsus pilotsuz təyyarənin Əfqanıstanın şərqindəki Nanqarxar vilayətinə aviazərbə endirməsi nəticəsində azı 13 nəfər dinc sakin həlak olub, daha 14 nəfər isə xəsarət alıb. Bu barədə Pajhwok agentliyi yerli hökumət orqanlarına istinadla məlumat yayıb.
Azərtac xarici KİV-ə istinadla xəbər verir ki, yerli administrasiya nümayəndəsi Ataulla Xoqiani aviazərbənin endirildiyini təsdiqləyib. Lakin qurbanlar haqda heç bir məlumat verməyib.
Əfqanıstanda olan Amerika hərbi qüvvələrinin briqada generalı Çarlz Klivlend əməliyyatın Açin rayonundakı terrorçulara qarşı yönəldiyini bildirib. O, həmçinin yerli sakinlər arasında tələfat barədə məlumatın araşdırılacağını deyib.