XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

28 Sentyabr 2016 - 16:48

“Biriləri reytinqimizi endirib, ya qaldırıb, vecimizə deyil” –Ərdoğanın kürəkənindən "Moody's”ə cavab

albayrak

Türkiyənin enerji ve təbii ehtiyatlar naziri Berat Albayrak "Moody's” beynəlxalq reytinq agentliyinin ölkənin kredit reytinqini endirməsinə münasibət bildirib.

Nazir "Moody's”un nəticələrinin onlar üçün önəmli olmadığını bildirib:

"Biriləri reytinqimizi endirib, ya qaldırıb, vecimizə deyil. Ölkə olaraq böyüməyə, dik duruşumuzu qorumağa davam edəcəyik. Əlhəmdülillah, bu oyunun fərqindəyik. Vız gələr, tırs gedər.

Maşallah, iqtisadiyyatımız hər gün daha da yaxşıya doğru gedir. Türkiyə bölgədə ən güvənli və davamlı partnyor olmağa davam edəcək”.