XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2016 - 17:21

Almaniya hökuməti “Deutshe Bank”ıxilas planı üzərində işləyir

Almaniyanın "Die Zeit" qəzetinin xəbərinə görə, Almaniya hökuməti "Deutshe Bank"ı xilas etmək üçün plan hazırlayır. Hökumətin variantları arasında "Deutshe Bank"dan səhm alışı da var.

"Die Zeit" bütün təkliflərin təcili fəaliyyət planı çərçivəsində qiymətləndirildiyini və Almaniya hökumətinin bankın hər hansı bir yardıma ehtiyac duymayacağına ümid etdiyini bildirib. Bank xilas olmaq üçün mümkün ssenariləri müzakirə edir. Fövqəladə vəziyyətdə hökumət bankın səhmlərinin 25 faizini alacaq.

Almaniya hökuməti hələ də ümid edir ki, "Deutsche Bank"ın dövlətin dəstəyinə ehtiyacı olmayacaq.

"Deutsche Bank" banka dövlət yardımının verilməsi barədə məlumatı təkzib edib və bildirib ki, bank Berlinin köməyi olmadan özü öz problemlərini həll edəcək(azərtac).