"ABŞ İŞİD-lə mübarizə məqsədilə İraqa əlavə 600-dən çox hərbçi göndərəcək".
Bunu ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib.
“ABŞ İŞİD terror qruplaşması ilə mübarizə məqsədilə, o cümlədən Mosul şəhərinin terrorçulardan azad edilməsi üçün İraqa əlavə 615 hərbçi göndərəcək. Hərbçilər yaxın həftələrdə İraqa yollanacaq”, deyə E.Karter bildirib.
Xatırladaq ki, Mosul şəhəri 10 iyun 2014-cü ildən İŞİD-in nəzarəti altındadır.
APA