Əlcəzair OPEC-ə üzv ölkələrə neft hasilatının ümumi həcmini gündəlik 796 min barrel azaltmağı təklif edib.
Səudiyyə Ərəbistanına avqust ayı ilə müqayisədə hasilatı sutkada 442 min barrel azaltmaq təklif olunub. Bu halda Səudiyyə Ərəbistanı gündəlik 10,1 milyon barrel neft hasil edəcək.
İrana isə sutkada 3,7 milyon barrel həcmində kvota tövsiyə olunub. Bu, avqust ayı ilə müqayisədə onun neft hasilatının gündəlik 52 min barrel artması deməkdir.
Nigeriya və Liviyanın hasilatı azaltması nəzərdə tutulmur(azərtac).