XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

29 Sentyabr 2016 - 00:44

Ağ Evdən rəsmi açıqlama:"Obama və Bill Klinton Şimon Peresin dəfnində iştirak edəcək"

obama

ABŞ prezidenti Barak Obama ötən gün vəfat edən sabiq prezident Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün İsrailə səfər edəcək.

 "Reuters" xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bəyan edib.

Onun sözlərinə görə, Obama ilə birgə İsrailə ABŞ-ın dövlət katibi Con Kerri də yollanacaq.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Bill Klinton Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün İsrailə gedəcəyini bildirib.