Həbs edilənlərin sayı 80-ə yaxındır
Türkmənistanınn güneyindəki Tecen şəhərində islamçılara əlaqədə şübəhli bilinən onlarla adam həbs edilib.
“Хроника Туркменистана” yazır ki, həbsləri ölkənin Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri aparıb. Həbs edilənlərin sayı 80-ə yaxındır.
Qeyri-rəsmi mənbələr bildirib ki, onlar “Taliban hərəkatı” və İŞİD-in təmsilçiləri ilə əlaqədə, həmçinin respublika ərazisində teraktlar hazırlamaqda şübhəli bilinir.
Nəşrin başqa bir versiyasına görə, həmin adamlar qiymətlərin artması və həll edilməmiş sosial problemlərlə bağlı etiraz aksiyaları hazırladıqları üçün həbs ediliblər.