Hazırda bülletenlərin 99,5%-i sayılıb
İsrailin baş naziri Benyamin Netanyahunun sağ partiyası “Likud” parlament seçkilərində liderlik edir.
İsrail KİV yazır ki, “Likud” kampaniyanın əsas favoriti sayılan başlıca rəqibi, sol-mərkəzçi “Sionist düşərgəsi” blokundan 5 mandat irəlidədir. İsrail mətbuatı MSK-ya isnadən bildirir ki, hazırda bülletenlərin 99,5%-i hesablanıb. Netanyahunun partiyası 24 mandat qazanmış Hersoqun tərəfdarlarını üstələyib parlamentdə 29 yer tuta bilər.
Sonra isə önəmli fərqlə Birləşmiş ərəb siyahısı (14 yer), “Eş Atid” (11), “Kulanu” (10) və s. partiyalar gəlir.