Döyüş hazırlığı gerçək döyüş əməliyyatı şəraitində keçir
Krasnodar vilayətinin Temrük yaşayış məntəqəsində dislokasiya olunmuş Qara dəniz donanmasının dəniz piyadaları bölmələri təlim çərçivəsində tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Baltik donanmasının gəmiləri isə təlimin gedişində atışma aparmaq üçün dənizə çıxıb.
Rusiya KİV yazır ki, döyüş hazırlığının bütün tədbirləri imitasiya vasitələrindən istifadə edilməklə gerçək döyüş əməliyyatı şəraitində keçir.