“Suveren immunitetin zəiflədilməsi ABŞ da daxil olmaqla bütün dövlətlərə mənfi təsir edə bilər”.
Strateq.az bildirir ki, bu barədə Səduiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi ABŞ Konqresinin Obamanın vetosuna qadağanı ləğv etməsi ilə bağlı bəyanatında deyilir.
Qeyd edək ki, Konqres Obamanın 11 sentyabr qurbanları ailələrinin Səudiyyə Ərəbistanını məhkəməyə verməsinə imkan yaradan qanun layihəsinə qoyduğu vetonu ləğv edib. Səudiyyə Ərəbistanı Krallığı Xarici İşlər Nazirlindəki rəsmi mənbənin açıqlamasında deyilir ki, “Terror Sponsorlarına qarşı Ədalət (The Justice Against Sponsors of Terrorism – JASTA) qanununun təsdiq edilməsi suveren immunitet prinsipinin zəiflədilməsinə etiraz edən dövlətlərdə böyük narahatlıq doğurur. Çünki, bu prinsip yüz illərdən bəri beynəlxalq əlaqələrə hökm edib.
Məlumatda bildirilir ki, bu qanunun beynəlxalq əlaqələrə yaradacağı təhlükəni hiss edərək bir çox dövlətlər, həmçinin, milli təhlükəsizlik üzrə onlarla amerikalı mütəxəssis də "JASTA" qanuna qarşı çıxıb. Krallıq ümid edir ki, Amerika Konqresi "JASTA" qanununun qəbul edilməsindən törənə biləcək ağır və təhlükəli nəticələrin qarşısını almaq üçün lazımi addımlar atacaq.
Prezident Obama CNN telekanalına bildirib ki, konqresmenlər “böyük səhvə” yol veriblər.
Prezident deyib ki, qanunun qəbul edilməsi xaricdəki ABŞ şirkətlərini, hərbçi və rəsmilərini hüquqi baxımdan müdafiəsiz qoya bilər.
L.SƏMLA